UFC Döyüş Gecəsində Rafael Fiziyev Bakıda doğma azarkeşlərin önündə İqnasio Bahamondesi məğlub edib. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi qələbədən sonra sevinc hisslərini ifadə edib: 

"Evimdə, bu qədər azarkeşlərin önündə uduza bilmərəm. Biz qaliblərik, Azərbaycan qalib ölkədir. Yaşasın Azərbaycan! Bu insanlar, xalq xoşbəxtliyə, sevincə layiqdir".

R.Fiziyev növbəti rəqibinin kimin olacağı barədə sualı cavablandırıb: 

“Növbəti rəqibim kim olaacaq, bilmirəm. Mən raket adamam, məni Aya da göndərə bilərsiniz”.