Azərbaycanlı Tofiq Musayevin iyunun 21-də Bakıda keçiriləcək UFC Fight Night-da iştirakı rəmiləşib.

Offsideplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, 35 yaşlı idmançı UFC rəhbərliyi ilə müqavilə bağlayıb.

Onun debütü məhz paytaxtımızda baş tutacaq. Rəqib Qırğızıstan təmsilçisi Mıqtıbek Orolbaydır.

Beləliklə, Tofiq Musayev UFC-də döyüşəcək üçüncü azərbaycanlıya çevrilib.

Baku Crystal Hall-da keçiriləcək UFC Fight Night-da oktaqona digər həmyerlilərimiz Rafael Fiziyev və Nazim Sadıxov da çıxacaq.

Əsas kart:

Yarımağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xalil Rauntri Junior (14-6-0, ABŞ)

Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Bahamondes (17-5-0, Çili)

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)

Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) - Mıqtıbek Orolbayd (13-2-1, Qırğızıstan)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)

Ağır çəki: Kurtis Blaydes (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)

İlkin kart:

Yarımyüngül çəki: Məhəmməd Naimov (13-3-0, Tacikistan) - Boqdan Qradiz (20-6-0, Avstriya)

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Park Jonq Yun (18-6-0, Cənubi Koreya)

Ağır çəki: Hamdi Abdelvahab (6-0-0, Misir) - Mohammed Usman (11-4-0, Nigeriya)

Qadınlar

Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Qazaxıstan)- Klaudiya Siqula (6-2-0, Polşa)

Yarımyüngül çəki: Melissa Mullins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (7-1-0, Rusiya)