Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq cüdo üzrə böyüklər arasında Avropa Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.
Offsideplus.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda qadınlardan ibarət yığmamız iştirak edəcək.
Baş məşqçi Amina Abdellatifin rəhbərliyi altında 6 çəki dərəcəsində 8 cüdoçu tatami üzərinə çıxacaq.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 31 may-1 iyunda baş tutacaq yarışa 29 ölkədən 320 idmançı (212 kişi, 108 qadın) qatılacaq.
Qadınlar
48 kq
Leyla Əliyeva
Könül Əliyeva
52 kq
Gültac Məmmədəliyeva
57 kq
Ülviyyə Bayramova
63 kq
Nərgiz Hacıyeva
70 kq
Günel Həsənli
Aytac Qardaşxanlı
78 kq
Nərmin Əmirli