Dünya Güləş Birliyi (UWW) Azərbaycanın olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyevə təşəkkür ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, beynəlxalq federasiya Tokio-2020-də və Norveçin paytaxtı Oslo şəhərindəki dünya çempionatında uğurlu hakimliyi ilə yadda qalan referiyə minnətdarlıq edib.

Qeyd edək ki, Asif Şirəliyev I-S kateqoriyasına sahibdir.