Keçmiş UFC çempionu Habib Nurmaqomedov Konor Makqreqorun təhqiredici çıxışlarına niyə cavab vermədiyini izah edib.

Offsideplus.az xəbər verir ki, o, bu barədə Nyu-Cersidə azarkeşlərlə görüşdə danışıb:

"Biz belə danışa bilmərik. Kimsə mənimlə mübahisə etmək istəyirsə, bu, real söhbət olmalıdır, sadəcə pis sözlər yox. O, təhqir etməkdə məndən daha yaxşıdır, bunu döyüşdən və mətbuat konfransından əvvəl də bilirdim. Özümə sual verdim: "Onun səviyyəsinə enib eyni sözləri deyə bilərəmmi? Xeyr, mən bundan üstün olmalıyam. Pis sözlərlə onu məğlub edə bilərəmmi? Xeyr. Bu, debat deyil, real söhbət deyil, ona görə də vaxt itirməyə dəyməz". O vaxt qardaşlarıma dedim: "Kim olduğumu qəfəsdə göstərəcəyəm. Belə daha yaxşı olacaq".

Qeyd edək ki, Habiblə Makqreqor arasında döyüş 2018-ci ilin oktyabrında baş tutub və Nurmaqomedov həmin qarşılaşmada dördüncü raundda tabe etmə ilə qalib gəlib.