İliya Topuriyanın meneceri Malki Kava Usman Nurmaqomedovun meneceri Əli Əbdül-Əzizin açıqlamasına sərt reaksiya verib. Əbdül-Əziz daha əvvəl Nurmaqomedovun Topuriyanı asanlıqla məğlub edəcəyini bildirmişdi. Kava isə bildirib ki, Topuriya Əbdül-Əzizin heyətindəki bütün döyüşçüləri məğlub edə bilər və əgər İliya Castin Geyci ilə yenidən qarşılaşsa, onu da üstələyəcək.

Offsideplus.az xəbər verir ki, Kava əlavə edib: "Hamımız bilirik ki, İliya daha güclü idi, sadəcə uğursuz bir gecə yaşadı. Topuriya hələ də dünyanın bir nömrəli döyüşçüsüdür. O, geri qayıdanda hər kəs bunu görəcək". Qeyd edək ki, PFL-in Nyu-York turnirində Usman Nurmaqomedov ilk raundda Arçi Kolqanı nokaut edib və müqavilə üzrə son döyüşünü keçirdiyini açıqlayıb. Topuriya isə iyunda keçirilən turnirdə Castin Geyciyə uduzub. Usman Nurmaqomedovun meneceri bildirib ki, onun UFC-də ilk rəqibi məhz Topuriya olmalıdır.