"Çelsi"nin baş məşqçisi Xabi Alonso yay transfer pəncərəsi bağlanana qədər komandanın heyətini xeyli azaltmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, hazırda London klubunun sərəncamında 41 futbolçu var. Heyəti 25 nəfərə endirmək üçün sentyabrın əvvəlinə kimi 16 oyunçu ilə yollar ayrılmalıdır.
Bu mövsüm "Çelsi" avrokuboklarda iştirak etməyəcək. Buna görə də ispan mütəxəssis heyətdə müntəzəm oyun praktikası olmayan futbolçuların saxlanılmasını məqsədəuyğun hesab etmir.
Bir qrup oyunçu satıla, digərləri isə icarəyə göndərilə bilər. Gələcəyi qeyri-müəyyən olan futbolçular arasında Benua Badyashil, Aksel Disasi, Mark Giu, David Datro Fofana, Malo Gusto, Enso Fernandes, Nikolas Cekson və Liam Delapın adları çəkilir.
Alonso daha əvvəl qeyd edib ki, hazırda 9 nəfərdən ibarət olan mərkəz müdafiəçiləri qrupunu 4-5 nəfərə qədər azaltmaq lazımdır.


