Yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq "Turan" qadın voleybol klubu heyətini yeni legionerlə gücləndirib.
Offsideplus.az xəbər verir ki, ölkə çempionu Cənubi Koreyadan olan toppaylayıcı Li Dayon ilə müqavilə imzalayıb.
30 yaşlı voleybolçu daha əvvəl Cənubi Koreya, Yunanıstan, Rumıniya, Fransa və ABŞ klublarında çıxış edib.
O, Tovuz təmsilçisinin mövsümlərarası fasilədə transfer etdiyi 6-cı legionerdir.


