Təcrübəli müdafiəçi Rassell Uestbrukun "Sakramento Kinqs"də gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir. 

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi 37 yaşlı oyunçu ilə əməkdaşlığı davam etdirməyə açıq olsa da, Uestbrukun yeni seçilmiş Darius Eykaffın gəlişi fonunda meydandakı rolunun azaldılmasına maraqlı olmadığı bildirilir.

Uestbruk qərar verməyə tələsmir. O, ötən yay da müxtəlif variantları nəzərdən keçirmiş və yalnız oktyabrın əvvəlində, məşq toplanışı zamanı "Sakramento Kinqs"ə qoşulmuşdu. 

Təcrübəli oyun qurucu ötən mövsüm bu komandanın heyətində 64 oyunda orta hesabla 15,2 xal, 5,4 ribaund və 6,7 assistla yadda qalıb.

Hazırda o, azad agent statusundadır.