"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo Braziliyanın "Botafoqo" klubuna keçə bilərmiş.
Offsideplus.az xəbər verir ki, Braziliya təmsilçisi 25 yaşlı futbolçu üçün 1.5 milyon dollar təklif etsə də, Ağdam klubu bu təkliflə razılaşmayıb.
Son olaraq Dominquş Andrade ilə müqavilə imzalayan "Botafoqo" Bikalyo ilə bağlı danışıqları davam etdirməyəcək.
Qeyd edək ki, "Qarabağ" qış transfer pəncərəsində Rusiyanın "Rubin" klubunun braziliyalı yarımmüdafiəçi üçün etdiyi 2.5 milyon dollarlıq təklifini də geri çevirmişdi.


