La Liqanın rəhbəri Xavyer Tebas Nasser Əl-Xelayifinin FIFA prezidenti postuna namizədliyinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, UEFA-nın PSJ prezidentinin Canni İnfantinonu əvəzləməsini istədiyi barədə məlumatlar yayılıb. Tebas bu barədə belə deyib:

"Nasseri PSJ üçün ən yaxşı prezident hesab edirəm, amma o, FIFA üçün pis prezident olardı. Onun futbola baxışı mənə uyğun deyil və o, mənim istədiyim Avropa futbol modelinə əməl etmir. Bundan əlavə, o, 800 klubun daxil olduğu Avropa Klublar Assosiasiyasının prezidentidir, lakin orada yalnız kiçik bir azlıq öz fikrini bildirir və o da həmin azlığın bir hissəsidir. Buna görə də o, elit bir modelin tərəfdarıdır, mən isə bu yanaşmanı bölüşmürəm".