İliya Topuriya Castin Qeycini rahatlıqla nokaut edəcəyinə əmindir.

Offsideplus.az xəbər verir ki, idmançı rəqibi haqqında iddialı fikirlər səsləndirib:

"Əgər o, həqiqətən də irəli atılmaq və daim təzyiq göstərmək niyyətindədirsə, mənə başqa heç nə lazım deyil. İşin yarısını mənim əvəzimə görmüş olacaq. Əgər irəli gəlsə, onu birinci və ya ikinci dəqiqədə nokaut edəcəyəm.

Oliveyra parterdə çox təhlükəli idi, Castinlə isə bu barədə düşünməyə belə ehtiyac qalmayacaq. Üzərimdə heç bir təzyiq hiss etmirəm və bu döyüşün çox qısa çəkəcəyini düşünürəm".

Qeyd edək ki, Qeyci və Topuriya iyunun 14-də keçiriləcək UFC Freedom turnirinin əsas döyüşündə üz-üzə gələcəklər.