DÇ-2026-nın seçmə mərhələsinin D qrupu çərçivəsində Azərbaycan yığması sabah İslandiyanın qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, milli komandamızın baş məşqçisi Fernandu Santuş oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
“Normalda hər oyun çətin keçir. Bu qrup mərhələsinin ilk oyunudur. Demək olar ki, hər iki komanda çox həvəslidir. Hamı ilk oyundan yaxşı başlamaq istəyir. Səfərdə oynayacağıq. Yerli komanda da publikanın önündə əlindən gələni edəcək. Təhlil etmişik, xarakateristikalarını bilirik. Çox yaxşı təşkil olunmuş komandadır. Birlikdə yaxşı mübarizə aparırlar. Topa sahib olmağa çalışırlar. Bu müddət ərzində oyunçularıma islandiya barədə yetərincə məlumat vermişəm. İslandiyada qələbə qazanmağa, Azərbaycana qələbə ilə qayıtmağa çalışacağıq”.
Kapitan sarğısını Emin Mahmudovun daşıyacağını açıqlayan F.Santuş "Bu yolun sonunda biz də, bütün dünya da təəccüblənəcəkmi?" sualına belə cavab verib:
"Biz yalnız tarix yazmaq istəyirik. Futbolçularımız bunu bilir, hər birimiz bunun üçün çalışır. Əminliklə bunu deyə bilərik ki, futbolçular meydançada yaxşı mübarizə aparacaqlar".
Jurnalistlərin İslandiya səfəri Misli və AFFA-nın dəstəyi ilə həyata keçirilir.



