16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-16) Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində birinci yoxlama görüşü keçirib.
Offsideplus.az xəbər verir ki, yeniyetmə futbolçularımız Binə qəsəbə stadionunda Moldovadan olan həmyaşıdları ilə qarşılaşıblar.
Oyun yığmamızın 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.
Azərbaycan və Moldova kollektivləri iyunun 21-də eyni məkanda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.
Azərbaycan (U-16) – Moldova (U-16) - 3:2
Qollar: Nihat Hüseynzadə, 45; Firdovsi Şeydayev, 81; Cavidan Əlizadə, 90+2 - Mixai Puşkaşu, 45+1; Boqdan Lupaşko, 86
Azərbaycan: 12. Kamal Camalzadə, 3. Vaqif Məmmədli (17. Nicat Əhmədzadə, 74), 5. Roman Fərzəli, 21. Uğur Qurbanlı (k), 6. Ruslan Quliyev, 7. Yusif Orucəliyev (2. Mehdi İsmayılov, 46 / 4. Vaqif Nəbiyev, 64), 8. Nihat Hüseynzadə, 24. Rəsul Balakişiyev (18. Cavidan Əlizadə, 64), 11. Tunar Bayramov (16. Şikar Şikar, 46), 9. Ömər Kosayev (20. Mehdi Hüseyn, 64), 10. Əli Bəşirov (19. Firdovsi Şeydayev, 74)
Ehtiyat oyunçular: 1. Bilal Hacıyev, 13. Əli İsrafilov, 14. Ramil Hacıyev, 15. Cəfər Cəfərzadə, 23. Daniil Rəcəbov, 25. Ranar Qazibəyov, 27. Fəqan Mustafayev
Baş məşqçi: Aqil Nəbiyev
Moldova: 1. Oktavian Giaur, 2. Qriqori Toriç, 3. Ektor Kreçesko, 4. Mixail Baqrin, 5. Nikolas Yeşanu, 6. Maksim Patron, 7. Darius Dodonu (16. Katalin Qaliçenko, 78), 8. Damian Xanqan (20. Kristian Jeçev, 87), 9. İon Kalmik (17. Boqdan Lupaşko, 64), 10. Mixai Puşkaşu (k) (18. Danielli Nikita, 78), 11. Aleksandru Bokança (19. Aleksandru Mardari, 87)
Ehtiyat oyunçular: 12. Vlad Dediu, 13. Nikita Sili, 14. Timur Qamurar, 15. David Ostafi
Baş məşqçi: Nikolae Bunea