21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri Bakıdakı təlim-məşq toplanışı çərçivəsində II Şəhidlər Xiyabanını ziyarət ediblər.
Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın üzvləri torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna ehtiramlarını bildirib, məzarları üstünə əklillər qoyublar.
Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv təlim-məşq toplanışında iyunun 4-də səfərdə Belarus, bundan 4 gün sonra isə Sumqayıtda Monteneqro yığması ilə yoldaşlıq görüşü keçirəcək.