"Moldova yığmasına qarşı iki fərqli oyun izlədik. Birinci görüşdə heç-heçə etdik. İkinci qarşılaşmada isə bütün futbolçulara şans verməyə çalışdım. Heyəti tamamilə dəyişmişdik".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının (U-19) baş məşqçisi Elxan Abdullayev AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

O, Qəbələdə keçiirlən təlim-məşq toplanışında Moldova yığmasına 1:4 hesablı biabırçı məğlubiyyətin səbəbini izah edib: "Toplanış seleksiya xarakteri daşıyırdı. Kimlərlə yolumuza davam etməli olduğumuzu dəqiqləşdirmək üçün hamıya şans verdik. Təbii ki, məğlubiyyətə bu amil öz təsirini göstərdi. Bu ilin iyununda yenidən bir araya gələcəyik və seçmə mərhələ matçlarına hazırlaşacağıq”.

Qeyd edək ki, U-19 Qəbələdə Moldova ilə görüşlərdə qələbə qazana bilməyib - 0:0, 1:4.