Tarixində ilk dəfə Haiti yığması ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan milli komandasının hazırlıq prosesi yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, Fernandu Santuş rəhbərlik etdiyi kollektiv son məşqini "Neftçi" Futbol Mərkəzində keçib.

Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Martın 18-də start götürən hazırlıq prosesi çərçivəsində bütün məşqlər "Neftçi" Futbol Mərkəzində olub.

Haiti yığması isə ardıcıl 3 gün Mərdəkandakı "Dalğa Arena"da məşğul olduqdan sonra bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna çıxıb. Qonaqlar oyunun bu stadionda keçiriləcəyini nəzərə alaraq, axırıncı məşqi Sumqayıta salıblar.

Xatırladaq ki, Azərbaycan- Haiti matçı sabah saat 21:45-də start götürəcək.

BU DA MARAQLIDIR:

Fernandu Santuş bu suala cavab verməkdən yayındı