Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş ölkəmizdə ilk dəfə Novruz bayramını qeyd edib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı bu gün Azərbaycan - Haiti yoldaşlıq görüşü ilə bağlı təşkil olunan mətbuat konfransında bayram təəssüratlarını bölüşüb.

"Dünən milli təamlardan dadmaq şansım oldu. Bayram haqqında kifayət qəfər məlumatım var. Ümumi götürsək, Azərbaycan çox yaxşı ölkədir. Kimsə məndən soruşanda deyirəm ki, Azərbaycan Avropanın 20 ən gözəl ölkəsindən biridir" - deyə F.Santuş vurğulayıb.

O, bayram münasibətilə xüsusi təbrik videosu çəkdiyini də xatırladıb: "Azərbaycan təhlükəsiz ölkədir. Bu, sizin ökənizdə bütün bayramları sakit, firavan qeyd etməyə imkan verir. Mən video çəkib, Azərbaycan xalqının bayramını özüm şəxsən təbrik etmişəm".