"Fənərbağça"nın prezidenti Ali Koç komandanın çempionluq uğrunda mübarizəsi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, keçmiş mövsümləri xatırlayan A.Koç bu sözləri deyib:
"Məsələn, alınmır dediyimiz futbol çempionatında son 10 ilin turnir cədvəlinə baxın. "Fənərbağça" 1 və ya 2 xalla ikinci yerdədir. Cədvəldə yer alan digər komandaların çempionluqları var, "Fənərbağça"nın yoxdur. Bir də bunun riyazi tərəfini fikirləşin".
Qeyd edək ki, 1 oyun az keçirən "sarı-lacivərtlər" 62 xalla turnir cədvəlində 2-ci yerdədir. "Qalatasaray" rəqibindən 9 xal irəlidədir (71 xal).