"Qalatasaray"ın futbolçusu İsmael Yakobs yaşıl meydanlara qayıtmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı seneqallı futbolçu zədə səbəbindən cari mövsümün böyük hissəsini buraxıb. O, axilles vətərindən zədə almış və bütün turnirlər üzrə 21 oyun buraxmışdı. Yakobsun "Beşiktaş"a qarşı oyunda iştirakı gözlənilir.
Qeyd edək ki, "Cim-Bom" martın 29-da "Beşiktaş"la Super Liqada, aprelin 2-də isə "Fənərbağça" ilə Türkiyə Kubokunda üz-üzə gələcək.