Məşhur niderlandlı futbol məşqçisi Patrik Klyuvertin yeni vəzifədə debütü uğursuz alınıb.
Offsideplus.az xəbər verir ki, onun bu ilin yanvarından rəhbərlik etdiyi İndoneziya yığması dünya çempionatının seçmə mərhələsində səfərdə Avstraliyaya böyük hesabla uduzub - 1:5.
Məğlubiyyətə baxmayaraq, indoneziyalılar dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün nəzəri şanslarını saxlayırlar.
Qeyd edək ki, vaxtilə futbolçu qismində "Barselona" və Niderland milli koamndasında parlaq oyunu ilə seçilən Klyuvert məşqçilik fəaliyyətində heç bir ciddi uğura imza atmayıb.
BU DA MARAQLIDIR: