Süni intellekt Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsinin D qrupunu neçənci yerdə bitirəcəyini təxmin edib.
Offsideplus.az xəbər verir ki, Millətlər Liqasında Fransa və ya Xorvatiya cütünün qalibi böyük ehtimalla D qrupunu 1-ci yerdə bitirəcək. Avropanın top komandalarından olan bu millilər 70-80% göstərici ilə D qrupunu ilk yerdə başa vuracaq.
40-50% göstərici ilə Ukrayna liqanı 1 və ya ikinci yerdə bitirə bilər. İslandiya böyük ehtimalla 2 və ya 3-cü olacaq (20-30%).
Süni intellekt Azərbaycan millisini qrup sonuncusu kimi görür. Belə ki, yığmamız 10-20% ehtimalla qrupu ya 3, ya da 4-cü yerdə başa vuracaq. Səbəb isə bu göstərilib: "Son illərdəki inkişafa rəğmən Azərbaycan millisində əzmkarlıq və beynəlxalq təcrübə çatışmazlığı var.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin oyunları 2025-ci ilin sentyabrında başlayacaq.