İran millisinin hücumçusu Mehdi Taremi DÇ-2026-dakı gərgin atmosferdən gileylənib.
Offsideplus.az xəbər verir ki, qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq komandanın forvardı turnirdəki durumdan narahatlığını gizlətməyib:
"Mən üç dünya çempionatında olmuşam. Həmişə deyirlər ki, ev sahibi ölkəyə addım atan kimi səni unikal bir dostluq ab-havası bürüyür. Təəssüf ki, mən hazırda bunu hiss etmirəm. Bu dünya çempionatında çox gərgin ab-hava var. Bu, vizadan imtina kimi addımlarla bağlıdır. Bəlkə də, bu, sadəcə mənim şəxsi hissiyatımdır".


