İspaniyanın "Xetafe" klubu baş məşqçi Xose Bordalasla müqaviləni yeniləyib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

62 yaşlı mütəxəssislə ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni razılaşma imzalanıb.

Qeyd edək ki, Xose Bordalasın rəhbərliyi altında  komanda La Liqada 2025/2026 mövsümünü 7-ci pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə əldə edib.