Yaya Ture baş məşqçi kimi ilk dəfə təyinat alıb.
Offsideplus.az xəbər verir ki, “Mançester Siti” və “Barselona”nın sabiq futbolçusu bundan sonra Slovakiyada çalışacaq. 42 yaşlı mütəxəssis “Slovan”ı çalışdıracaq. Bu barədə Bratislava klubunun rəsmi saytı məlumat yayıb.
Ture daha əvvəl “Tottenhem”, “Standard” klublarda və Səudiyyə Ərəbistanı yığmasında köməkçi məşqçi kimi çalışıb.
“Slovan” Slovakiya çempionatında 2025/26 mövsümünün qalibi olub.


