FİFA hakimi Ömər Əbdülqadir Artan ABŞ-a daxil ola bilməyib.
Offsideplus.az “Voetbal International” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı referi etibarlı viza olmadan ABŞ-a getdiyi üçün sərhəddən buraxılmayıb.
Hadisədən sonra ölkəsinə göndərilən hakimin dünya çempionatında iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Artan 2025-ci ildə Afrika Futbol Konfederasiyası tərəfindən ilin ən yaxşı hakimi adına layiq görülüb.


