"Şəfa" daha bir futbolçu transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.

O, son olaraq "Şamaxı"da çıxış edib. "Sabah"ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında "Səbail" və "Sumqayıt"ın formasını geyinib.