"Turan Tovuz” yay transfer pəncərəsinin ilk transferini reallaşdırdı. Qərb təmsilçisi Dioqo Balaunu “Şamaxı”dan heyətlərinə qatdılar.
Offsideplus.az xəbər verir ki, “Turan Tovuz” bu futbolçunu heyətinə qatmaq üçün “əlini cibinə atdı”. Amma buna dəyər. Çünki Balau ötən mövsümün ən yaxşılarından idi.
26 yaşlı portuqaliyalı sağ cinah vingeridir. Amma bu mövsümün gedişatında 3-5-2 taktiki sxemində Kərim Rossi ilə birgə hücumçu kimi də gördük.
“Turan Tovuz”da bu mövqedə axsaqlıq var idi. Balau transferi isə olduqca yaxşı transferdir. Dioqo irəlidə pressinqi ilə də yaxşı mənada diqqət çəkməyi bacarırdı.
Əlqərəz, Kurban Berdıyevin komandası avrokuboklara getsə də, getməsə də, Dioqo Balaudan çox xeyir görəcək.


