Arda Gülər "Real Madrid"dən ayrıla bilər. 

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Çelsi" Türkiyə yığmasının üzvü üçün başgicəlləndirici təklif etməyə hazırlaşır.

Belə ki, "zadəganlar" Arda üçün 100 milyon funtsterlinq, yəni 116 milyon avrosundan keçməyə hazırdır.

"Kral Klubu"nun prezidenti Florentino Perez Ardanı bəyənsə də, yeni baş məşqçi Joze Mourinyo getməyinə razılıq versə, bu transfer baş tuta bilər.