Fransa millisi DÇ-2026 öncəsi son yoxlama oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Didye Deşamın komandası öz meydanında Şimali İrlandiya ilə qarşılaşıb.
43-cü dəqiqədə Maykl Olise hesabı açaraq Fransaya üstünlük qazandırıb. O, 49-cu dəqiqədə ikinci qolunu vurub. Şimali İrlandiyadan Patrik Kelli 64-cü dəqiqədə adını tabloya yazdırıb. Olise 75-ci dəqiqədə het-trik edib.
Qeyd edək ki, Fransa millisi mundialda ilk oyununu iyunun 16-da Seneqala qarşı keçirəcək.


