2026-27 mövsümündən etibarən Misli Premyer Liqasında çıxış edəcək "Şəfa"da 3 ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu Amir Ebrahimzade klubdan ayrılıb. Onların “Şəfa” ilə müqavilələrinin müddəti başa çatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.