“Sabah” yay transfer pəncərəsinin ilk transferini açıqladı.
Offsideplus.az xəbər verir ki, “bayquşlar” CAR millisinin 23 yaşadək komandasının da üzvü Eyden Makkartini heyətinə qatdı. Bəs futbolçu “Sabah”a nə qatacaq?
Etiraf etmək lazımdır ki, komandanın zəif nöqtəsi müdafiənin mərkəzi idi. Düzdür, çempionatda ən az qol buraxan komanda “Sabah” oldu. Amma digər mövqedəkilərə nisbətdə Stiv Solve - İqor Noqeyra tandemi yoldaşlarından geri qalırdı.
Makkarti transferi isə çörək üstünə yağ kimi oldu. Əsas üstünlüyü yaşıdır. Adını çəkdiyimiz stoperlərin 30,31 yaşı var. Makkarti 23 yaşını hələ dekabrda qeyd edəcək.
186 sm boyu olan müdafiəçinin 600 min transfermarkt dəyəri var. Cari mövsümdə 23 oyunda meydanda olub. 1 qol da vurmağı bacarıb.
“Sabah” üçün uğurlu olacaq kimi görünür. Komandanın bu trasferə hava-su kimi ehtiyacı var idi.


