FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının rəsmi himnini ictimaiyyətə təqdim edib.
Offsideplus.az xəbər verir ki, turnirin rəsmi musiqisi “DNT” adlanır və artıq FİFA-nın Dünya Kuboku platformalarında yayımlanmağa başlayıb.
Kompozisiya beynəlxalq musiqi əməkdaşlığının məhsuludur. Layihədə məşhur italiyalı tenor Andrea Boçelli, fransız DJ David Guetta, amerikalı reper “Megan Thee Stallion” və EJAE iştirak ediblər.
Mahnının premyerası 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində baş tutub.


