FIFA 2026-cı il Dünya Çempionatı ilə əlaqədar klublara ayrılacaq vəsaitin həcmini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, beynəlxalq futbol qurumu mundialda və onun seçmə mərhələsində milli komandalara oyunçu göndərən klublara ümumilikdə 355 milyon ABŞ dolları ödəyəcək.
Bu vəsait FIFA-nın Klublara Dəstək Proqramı çərçivəsində ayrılacaq. Ödənişlərin məbləği futbolçuların milli komandaların heyətində keçirdikləri günlərin sayına uyğun hesablanacaq.
Bildirilir ki, hər bir futbolçu üçün klublara gündə təxminən 5 min dollar ödənilməsi nəzərdə tutulur.


