Lionel Messi Argentina millisinin tarixində yeni rekorda imza atıb.
Offsideplus.az "Ole" nəşrinə istinadən xəbər verir ki, Messi İslandiya ilə yoldaşlıq oyununda (3:0) fərqlənərək yığmadakı qol sayını 117-yə çatdırıb. O, bu qolu vurarkən 38 yaş 350 günlüyündə olub.
Bununla da o, 1957-ci ildə 38 yaş 282 günlüyündə millidə son qolunu vuran Anxel Labrunanın 69 illik rekordunu təzələyib.


