Futbol üzrə dünya çempionatı bu gün start götürür.

Offsideplus.az xəbər verir ki, açılış matçında ev sahibi Meksika və CAR üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da baş başlayacaq.

Turnir iyulun 19-na qədər davam edəcək.

Qeyd edək ki, Dünya Kuboku ilk dəfə 48 komanda ilə təşkil olunur. Bu komandalar 12 qrupda mübarizə aparır. Qrupda ilk iki yeri tutanlardan başqa ən yaxşı 8 üçüncü də növbəti mərhələyə yüksələcək.