Azərbaycan millisinin üzvü Anton Krivotsyuk "Tedjon Xana Sitizen"dəki karyerası ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, müdafiəçi Cənubi Koreya klubu ilə 3 illik yeni müqavilə imzalayıb. Onun sözləşməsi 2027-ci ilin dekabrın 1-nə kimi nəzərdə tutulub.
Məlumatı klubun rəsmi saytı yayıb. Krivotsyuk məsələ ilə bağlı açıqlama da verib:
"Müqavilə müddətini yenilədiyim üçün çox şadam. Ailəmə və hər şeyə görə Allaha təşəkkür edirəm. Növbəti mövsüm liqada ən yaxşı Antonu görəcəksiniz".