Türkiyə 1-ci Liqasının son turunda "Ankaragücü" "Çorum"la heç-heçə edib - 1:1.
Offsideplus.az xəbər verir ki, oyunda iştirak edən Renat Dadaşov matçlar bağlı fikirlərini şəxsi instaqram hesabında bölüşüb:
“Zədədən sonra yaşıl meydanlara qayıtdığım üçün xoşbəxtəm. Asan oyun olmadı, lakin komandamız böyük əziyyət hesabına bir xal xal qazandı. Azarkeşlərimizin möhtəşəm dəstəyi var idi”.
Hücumçumuz görüşün 62-ci dəqiqəsində meydana daxil olub.
Maraq üçün bildirək ki, Renat qasıq nahiyəsindən əməliyyat olunduğu üçün yaşıl meydanlardan kənarda qalmışdı.