İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente "Real Sosyedad"ın futbolçusu Martin Subimendi barədə maraqlı fikirlər səsləndirib.

Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunları söyləyib:

"Şübhəsiz ki, Rodri dünyanın ən yaxşı yarımmüdafiəçisidir, amma Martin Subimendi ondan sonra bu siyahıda ikincidir. O, möhtəşəm istedada malikdir. Əla oyunçudur".

Qeyd edək ki, Martin Subimendi ilk dəfə 2021-ci ilin iyun ayında millidə debüt edib.