Millimizin üzvü Bəxtiyar Həsənalızadənin Türkiyənin "Tuzlaspor" klubundan ayrıldığını diqqətinizə çatdırmışdıq.

Offsideplus.az xəbər verir ki, futbolçunun yeni komandası da bəllidir. 31 yaşlı oyunçunun "Araz-Naxçıvan"la razılaşdığını dərc etmişdik.

Redaksiyamıza Bəxtiyarla bağlı daha bir məlumat daxil olub. Millimizin üzvü "Tuzlaspor"u FİFA-ya şikayət edir. Buna səbəb İstanbul təmsilçisinin futbolçunun 3 aylıq maaşını ödəməməsidir. 

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən mövsüm "Tuzlaspor"un heyətində 20 matçda meydana çıxıb. Bu görüşlərdə 1 qol vurub, 1 məhsuldar ötürmə edib.