Azərbaycanın qızlardan ibarət U-15 millisi Qazaxıstanın Şimkənd şəhərində keçirilən UEFA İnkişaf Turnirindəki son matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, millimiz "Namys" stadionunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da turniri xalsız başa vuran U-15 yığmamız daha əvvəl keçirdiyi görüşlərdə Qazaxıstana (1:2) və Rusiyaya (0:13) məğlub olmuşdu.