"Neftçi" Misli Premyer Liqasında mövsümə uğursuz start seriyasını qırıb.
Offsideplus.az xəbər verir ki, I turda səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə üstələyən paytaxt təmsilçisi ardıcıl 3 mövsümdən sonra ilk dəfə açılış matçında qələbə qazanıb.
"Ağ-qaralar" sonuncu dəfə 2022/2023 mövsümünə 3 xalla başlamışdı.
Flaqmanın ilk turda ən azı 3 qol vurması 13 il ("AZAL" - 4:1), startdakı səfər matçında bunu bacarması isə 25 il sonra ("Ümid" - 4:0) ilk dəfə qeydə alınıb.


