AFFA-nın və Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Kürdəxanı qəsəbəsində yerləşən qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə və yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində futbol dərsləri keçirilir.

Offsideplus.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, dərslər həftədə iki dəfə olmaqla AFFA tərəfindən ayrılan məşqçilər İradə Quliyeva və Elvin Həmidov tərəfindən aparılır.

Qeyd edək ki, layihənin təşkilində əsas məqsəd həmin şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi, cəmiyyətə inteqrasiya edilməsi və sağlam həyat tərzinin təbliğidir