90-ci illərin sonu, 2000-lərin əvvəlində təkcə türkiyəli və rumıniyalı yox, azərbaycanlı azarkeşlərin də sevimli futbolçularından idi.

İspaniyada "Real" və "Barselona" macəralarından sonra Türkiyəyə gəlmiş, "Qalatarsay" formasıyla xarüqələr yaratmağa başlamışdı. Verdiyi ötürmələr, vurduğu müdhiş qollar tükləri ürpədirdi. Neçə-neçə şərhçinin səsi məhz onun vurduğu qollardan sonra tutulmuşdu. Çoxları özünü ona oxşatmağa çalışırdı. 35 yaşında karyerasını başa vursa da, Əmrə Belözoğlu kimi oxşarını qoyub getdi. İndiyə qədər adı dillər əzbəridir.

Offsideplus.az nostalgiyanı sevən izləyicilər üçün "Keçmişə səyahət" rubrikasında George Hacinin qollarını təqdim edir.