Kristiano Ronaldo karyerasında 900-cü qoluna imza atıb. 

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu bu uğurunu şərh edib:

"Bu an mənim üçün çox emosionaldır. Bu mərhələyə çatmağıma inanmaq çətindir; bu, uzun və çətin bir yol oldu. Zəhmətimin nəticəsi olaraq bu nailiyyəti əldə etdiyim üçün çox sevincliyəm. İndi 39 yaşım var və başa düşürəm ki, belə uğurlara nail olmaq üçün daha da diqqətli olmaq lazımdır.

Bu anı yaşamağımda tərəfdaşlarımın rolu müstəsna idi. Onların dəstəyi olmadan bu uğuru qazanmaq mənim üçün qeyri-mümkün olardı."