"Qalatasaray" Mauro İkardinin həbs edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" açıqlamasında ulduz futbolçu haqqında yayılan informasiyanın həqiqəti əks etdirmədiyini, oyunçunun Argentinadakı evində istirahət etdiyini bildirib.
Qeyd edək ki, mediada Mauronun Vanda Nara ilə mübahisə etdiyi üçün polis tərəfindən saxlanıldığı söylənilir.