Kristiano Ronaldo Portuqaliyada hörmətsizliklə üzləşib.
Offsideplus.az xəbər verir ki, dünya ulduzunun övladlarını ölkəsinin ən önəmli təhsil mərkəzlərindən biri olan "San Julian"a qəbul etməyiblər. Bu barədə potuqal jurnalist Adriano Silva Mertens "V+Fama" proqramında danışıb.
Hadisəyə səbəb bəzi şagirdlərin valideynlərinin məktəbin tez-tez xəbər qaynağı olmasını istəməmələri və futbolçunun uşaqlarının təhsil müəssisəsinin dinamikasını dəyişdirəcəklərindən narahat olmalarıdır.