Dünyanın 405-ci raketkası, rumıniyalı Andreya Prişkariu sabiq Xorvatiya gözəli, futbol üzrə dünya çempionatında tribunalarda açıq-saçıq geyimlərdə görünən İvana Knollu tənqid edib.
Offsideplus.az xəbər verir ki, idmançı model haqda bunları deyib:
“Nə vaxtdan qadın sinəsinin futbola dəxli var? Və məni məcbur etməyin ki, geyimlə bağlı xüsusi qaydaların olduğu ölkədə paltar seçimi haqda danışım. Qadın ən müxtəlif geyimlərdə seksual görünə bilər. Mən sizə bununla bağlı təminat verirəm”.
Xatırladaq ki, Knoll Xorvatiya yığmasının Qətərdə keçirdiyi bütün oyunlarda tribunalarda olub. Özü də hər oyuna fərqli açıq-saçıq geyimdə təşrif buyurub.(football-plus.az)