Serbiya yığmasının Duşan Vlahoviç yığmadakı komanda yoldaşı, qapıçı Predraq Raykoviçin həyat yoldaşı Ana Raykoviçlə münasibətdə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu bu məlumatları təkzib edib:

“Təəssüf ki, mən dünya çempionatı matçından əvvəl qeyri-idman şayiələrini şərh etməyə məcbur oldum. Bu, absurdur. Belə şeyləri şərh etməyin demək olar ki, mənası yoxdur. Komanda yoldaşımın arvadı ilə münasibətdə olmağımla bağlı hər şey yalandır. Təəssüf ki, matç ərəfəsində belə şeylər haqqında danışmalıyam.

Qeyd edək ki, ötən gün yazılan iddialara görə, 22 yaşlı forvardın komandanın ehtiyat qapıçısı Predraq Raykoviçin həyat yoldaşı Ana Raykoviçlə münasibətdə olduğu aşkarlanıb. Bu səbəbdən də o, DÇ-2022-nin qrup mərhələsinin ilk 2 turunda Braziliya (0:2) və Kamerunla (3:3) matçlarda start heyətdə meydana çıxmaq şansı qazanmayıb. Vlahoviç Braziliya ilə matçın son 24 dəqiqəsində oynayıb, Kamerunla görüşü isə ehtiyatdan izləyib.

Qeyd edək ki, Serbiya sabah DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda İsveçrə ilə qarşılaşacaq.(qol.az)