"Barselona"nın futbolçusu Jerar Pikenin Şakiraya xəyanətinin üstü açılıb.
Offsideplus.az "Scandale Use"yə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi sarışın bir xanımla gizli görüşü zamanı restoranın qaranlıq bir küncündə oturub və tanınmamaq üçün başına köynəyinin papağını keçirib. Amma restoran sahibinin oğlu ulduz oyunçunu tanıyıb və ondan avtoqraf almaq üçün anasına məlumat verib, lakin Pike bununla razılaşmayıb.
Tanınmış bloger olan restoran sahibi Katrin Zitomerska Pikenin xanımla birlikdə gizli fotosunu çəkib və sosial şəbəkə hesabında ulduz futbolçunu da işarələyərək paylaşıb. Bundan sonra Şakira da sözügedən şəkli görüb.